Kollektiv Naxçıvan şəhərində Zəfər Abidəsini ziyarət edib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollektivi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Naxçıvan şəhərində ucaldılmış Zəfər Abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzülüb, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Azərbaycan Ordusunun qazandığı tarixi qələbə münasibətilə xalqımızı təbrik edir, ölkəmizə sülh və əmin-amanlıq arzu edirik!